00:00
03:24
暂时没有该首歌曲的相关资讯。
Mən elə bilirdim qabaq övlad payı şirindir
Nəvəm olandan sonra mən başa düşdüm indi
Qız olsun, oğlan olsun – hər ikisi ləzzətlidir
Mənimçün onların iyi güldən təravətlidir
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
♪
O qədər şirin deyirsiniz "baba, baba, can baba"
Boyunuza qurban baba, səsinizə qurban baba
Nə istəsə, baş üstə, nəvəm gözləyə bilməz
Onlara mənim yanımda kimsə söz deyə bilməz
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
♪
Sağ-salamat bitirəsən bir gün ali məktəbi
Sənə bir dənə toy eləyək – el adəti, el dəbi
Mən də sənin toyunda durum yuxarı başda
Lazım olsa, tərəkəmə oynayaram bu yaşda
♪
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Nəvələrimin yanındayam
Xoşbəxt atayam, xoşbəxt babayam
Balalarımın yanındayam
Nəvələrimin yanındayam