00:00
03:54
İçən günlər keçdi, getdi
Doğrudanmı hər şey bitdi?
Ürək bizə üsyan etdi
Nə mən dindim, nə sən dindin
Dodaq susdu, göz ağladı
Payız qışı soraqladı
Şaxta vurdu, buz bağladı
Nə mən dondum, nə sən dondun
Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
Nə mən mindim, nə sən mindin
Bilməm ürək necə dözdü
Canımızı həsrət üzdü
♪
Kölgə çökdü gözümüzə
Kül ələndi üzümüzə
Bənzəmədik özümüzə
Nə mən məndim, nə sən səndin
Hicran min cür oyun qurdu
Kim əl qatdı, kim buyurdu
Kədər cumdu ordu-ordu
Nə mən yendim, nə sən yendin
Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
Nə mən mindim, nə sən mindin
Bilməm ürək necə dözdü
Canımızı həsrət üzdü
♪
Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
Nə mən mindin, nə sən mindin
Çarxı fələk etdi xəta
Hicrandan olarmı əta?
Yəhərlənmiş qoşa ata
Nə mən mindim, nə sən mindin
Bilməm ürək necə dözdü
Canımızı həsrət üzdü