background cover of music playing
Nigaranam, Gəl - İradə İbrahimova

Nigaranam, Gəl

İradə İbrahimova

00:00

05:01

Similar recommendations

Lyric

Sordum səni yenə də mən rüzgarlara

Dedi: "O da sənsizdir, bil, oralarda

Eyni halda, eyni sevda var onda da

Nigaranan olma"

"Hər sözündə, hər söhbətdə adın keçir

Duyğulanır, söz dəyişir, o dəyişmir

Varlığını yada salıb, gülümsəyir

Nigaranam olma"

Ömrüm mənim, ey sevənim

Ürəyim sənin, fədadır bu ömrüm

Aylar keçsə, il dəyişsə

Səni sevməkdən yorularmı könlüm?

Uzaqlar haram, sənsizlik günah

Həsrətinə düşmənəm, dön gəl

Bu son bahar, bu son hicran, de sevdalım?

Son üzüntüm, son göz yaşım, bəlalarım

Son arzumda, diləyimdə tək sən varsan

Nigaranam, gəl

Yoxluğunla, xəyalınla tək qalmışam

Bu dərdimdən özümü də unutmuşam

Uzat mənə o əlini, yorulmuşam

Nigaranam, gəl

Ömrüm mənim, ey sevənim

Ürəyim sənin, fədadır bu ömrüm

Aylar keçsə, il dəyişsə

Səni sevməkdən yorularmı könlüm?

Uzaqlar haram, sənsizlik günah

Həsrətinə düşmərəm, dön gəl

Uzaqlar haram, sənsizlik günah

Həsrətinə düşmənəm, dön gəl

- It's already the end -