00:00
03:45
Sən gəldin, ruhumun qidası mənim
Göylərdən enmisən, bəyaz mələyim
Allahın lütfüdür, mənə bəxş edib
Səni gözlərinlə mənə sevdirib
Yaşayaq hər anı biz doya-doya
Sığınaq səmaya, Günəşə, Aya
Qorusun mələklər bu sevgimizi
Ucaldaq zirvəyə bir-birimizi
Buraxma əlimi, sevgilim mənim
Önümdə sən parla, ulduzum mənim
Alışan qəlbinlə isit ruhumu
Eşqin aydınlatsın gedən yolumu
♪
Nə xoş bir təsadüf, unudulmaz an
Çıxardı qarşıma səni Yaradan
Gəl, sarıl, rəqs edək. Bir deyib gülək
Ömürdən qaranlıq günləri silək
Yaşayaq hər anı biz doya-doya
Sığınaq səmaya, Günəşə, Aya
Qorusun mələklər bu sevgimizi
Ucaldaq zirvəyə bir-birimizi
Buraxma əlimi, sevgilim mənim
Önümdə sən parla, ulduzum mənim
Alışan qəlbinlə isit ruhumu
Eşqin aydınlatsın gedən yolumu
♪
Yaşayaq hər anı biz doya-doya
Sığınaq səmaya, Günəşə, Aya
Qorusun mələklər bu sevgimizi
Ucaldaq zirvəyə bir-birimizi
Buraxma əlimi, sevgilim mənim
Önümdə sən parla, ulduzum mənim
Alışan qəlbinlə isit ruhumu
Eşqin aydınlatsın gedən yolumu