00:00
04:40
Hazırda bu mahnı ilə bağlı məlumat yoxdur.
Durnalarla uçub gəlim
Ayrılıqdan keçib gəlim
Birdəfəlik köçüb gəlim
Darıxmışam sənin üçün
Birdəfəlik köçüb gəlim
Darıxmışam sənin üçün
Sənsiz yaman kövrəlmişəm
Həsrət nədir, mən bilmişəm
Bir də gördün, mən gəlmişəm
Darıxmışam sənin üçün
Bir də gördün, mən gəlmişəm
Darıxmışam sənin üçün
♪
Ay dolanır, il ötüşür
Sənsiz könül oda düşür
Sənli günlər yada düşür
Darıxmışam sənin üçün
Gəl, səhərim, gəl, gündüzüm
Qayıt yenə, canım, gözüm
Dönə-dönə deyim özüm
Darıxmışam sənin üçün
♪
Sən gedəni gülməz oldum
Sevinc nədir, bilməz oldum
Niyə belə gəlməz oldun?
Darıxmışam sənin üçün
Niyə belə gəlməz oldun?
Darıxmışam sənin üçün
Ürəyimə dərd qalanıb
Gəl, ömrümü duman alıb
Sənsiz gözüm yolda qalıb
Darıxmışam sənin üçün
Sənsiz gözüm yolda qalıb
Darıxmışam sənin üçün
♪
Ay dolanır, il ötüşür
Sənsiz könül oda düşür
Sənli günlər yada düşür
Darıxmışam sənin üçün
Gəl, səhərim, gəl, gündüzüm
Qayıt yenə, canım, gözüm
Dönə-dönə deyim özüm
Darıxmışam, darıxmışam sənin üçün
♪
Ay dolanır, il ötüşür
Sənsiz könül oda düşür
Sənli günlər yada düşür
Darıxmışam sənin üçün
Gəl, səhərim, gəl, gündüzüm
Qayıt yenə, canım, gözüm
Dönə-dönə deyim özüm
Darıxmışam sənin üçün